2007-ci ildən təcrübə 70+ Korporativ Tərəfdaş
business@agoramotorsmmc.com
AGORA MOTORS MMC

2007-ci ildən Avtomobil Ehtiyat Hissələrində Etibarlı Təchizat Tərəfdaşınız

Alman, Yapon, Koreya, Amerika və Çin avtomobilləri üçün Orijinal, OEM və Firma ehtiyat hissələrinin topdan və pərakəndə təminatı.

19+ İl

Uğurlu Təcrübə

70+

Korporativ Tərəfdaş

5 Anbar

Bakı və Abşeronda

100+

Marka & Model Əhatəsi

Haqqımızda

Şirkətimizin fəaliyyəti, keyfiyyət standartları və korporativ üstünlükləri ilə tanış olmaq üçün aşağıdakı bölmələrə klikləyin.

Agora Motors MMC 2007-ci ildən etibarən avtomobil ehtiyat hissələrinin təchizatı sahəsində fəaliyyət göstərir.

Uzun illər ərzində əldə etdiyimiz təcrübə, formalaşdırdığımız işgüzar əlaqələr, geniş məhsul portfeli və inkişaf edən anbar infrastrukturu şirkətimizin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Bu gün 70-dən çox yerli və xarici korporativ şirkətlə əməkdaşlıq edən Agora Motors MMC, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin avtomobil ehtiyat hissələri üzrə təchizat ehtiyaclarının qarşılanmasına xidmət edir.

Agora Motors MMC müxtəlif növ avtomobillər üçün geniş çeşiddə ehtiyat hissələrinin təminatını və təchizatını həyata keçirir.

Fəaliyyətimiz yalnız məhsul təqdim etməklə məhdudlaşmır. Müştərinin ehtiyacının düzgün müəyyənləşdirilməsi, uyğun məhsulun seçilməsi və təchizat prosesinin operativ şəkildə təşkil olunması bizim iş prinsipimizin əsas hissəsidir.

Məqsədimiz: Müştərilərimiz üçün davamlı, etibarlı və peşəkar təchizat tərəfdaşı olmaqdır.

Müştərilərimizin fərqli tələblərinə uyğun olaraq orijinal ehtiyat hissələri, OEM məhsullar və tanınmış istehsalçıların firma məhsullarını təqdim edirik.

Məhsul seçimində əsas diqqət yetirilən meyarlar:

  • Keyfiyyətə
  • Uyğunluğa
  • Etibarlılığa
  • Davamlılığa

Avtomobilin texniki xüsusiyyətləri nəzərə alınaraq uyğun məhsulun müəyyənləşdirilməsi təchizat prosesinin vacib hissəsidir.

Agora Motors MMC bu gün 70-dən çox yerli və xarici korporativ şirkətlə əməkdaşlıq edir. Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, avtomobil parkları və biznes strukturları üçün ehtiyat hissələrinin təchizatı istiqamətində əməkdaşlıq imkanları təqdim edirik.

Korporativ əməkdaşlıqda əsas prinsiplərimiz:

  • Peşəkarlıq
  • Etibarlılıq
  • Operativ kommunikasiya
  • Davamlı təchizat
  • Uzunmüddətli əməkdaşlıq

Biz hər bir əməkdaşlığı yalnız məhsul alış-verişi kimi deyil, uzunmüddətli işgüzar münasibətin başlanğıcı kimi qiymətləndiririk.

Avtomobil ehtiyat hissələri bazarının daim inkişaf etdiyini nəzərə alaraq məhsul çeşidimizi və təchizat imkanlarımızı davamlı şəkildə genişləndiririk.

Müştərilərimizin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün məhsul çeşidinin genişləndirilməsi, təchizat imkanlarının inkişaf etdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk.

  • 2007-ci ildən təcrübə: Uzun illər ərzində formalaşmış sektor təcrübəsi və peşəkar iş yanaşması.
  • 70+ korporativ tərəfdaş: Yerli və xarici şirkətlərlə qurulmuş geniş işgüzar əlaqələr.
  • Geniş məhsul əhatəsi: Müxtəlif avtomobil sistemləri üzrə geniş ehtiyat hissələri portfeli.
  • Keyfiyyətli məhsul seçimi: Orijinal, OEM və tanınmış firma məhsulları.
  • Çoxnöqtəli anbar infrastrukturu: Bakı və Abşeron ərazisində fəaliyyət göstərən müxtəlif anbarlar.
  • Korporativ yanaşma: Şirkətlərin və avtomobil parklarının ehtiyat hissələri üzrə ehtiyaclarına uyğun xidmət modeli.

Avtomobil Markaları

Dünyanın bütün aparıcı avtomobil istehsalçılarının modelləri üzrə geniş təchizat imkanlarımız mövcuddur. Markaların siyahısını görmək üçün üzərinə klikləyin.

Toyota Lexus Nissan Infiniti Mitsubishi Honda Mazda Subaru Suzuki
Mercedes-Benz BMW Audi Volkswagen Porsche Opel
Hyundai Kia Genesis SsangYong / KGM
Ford Chevrolet Jeep Dodge Cadillac GMC
BYD Changan Geely Chery GAC HAVAL Li Auto Zeekr

Ehtiyat Hissələri Kateqoriyaları

Mühərrikdən asqı sisteminə qədər avtomobilinizin bütün ehtiyacları üçün orijinal və keyfiyyətli seçimlər.

Mühərrik & Yağlama Sistemləri

Porşen, klapan, remen, zəncir dəstləri, yağ və hava filtrləri, conta dəstləri.

Əyləc & Asqı Sistemləri

Əyləc bəndləri (nakladka), disklər, amortizatorlar, şarlar, sırğalar və rezinlər.

Elektrik & Elektronika

Akkumulyatorlar, dinamo, starter, şamlar (sveça), babinlər, sensorlar.

Soyutma & İqlimləndirmə

Radiatorlar, su pompaları (pompalar), termostatlar, kondisioner kompressorları.

Kuzov & Optika

Farlar, stoplar, buferlər, qanadlar, kapotlar, güzgülər və radiator barmaqlıqları.

Transmissiya & Sürətlər Qutusu

Mufta dəstləri (feredo-çaşka), qranatlar, val hissələri, transmissiya yağları.

Anbar İnfrastrukturumuz

Bakı və Abşeron ərazisində yerləşən 5 strateji anbarımız vasitəsilə operativ təchizat.

Xırdalan Anbarı

Əsas Anbar 1

Dərnəgül Anbarı

Anbar 2

Babək Prospekti Anbarı

Anbar 3

Lokbatan Anbari

Anbar 4

Yasamal Anbari

Anbar 5

VIN Kod ilə Dəqiq Hissə Sorğusu

Avtomobilinizin 17 rəqəmli VIN (şassi) kodunu göndərin, mütəxəssislərimiz 100% uyğun orijinal və ya muadil hissəni seçib sizə təklif təqdim etsinlər.

  • Səhv hissə riskinə son
  • Ən uyğun qiymət zəmanəti
  • Dərhal WhatsApp ilə cavablandırma